Avropa Liqasında 1/4 final həyəcanı

UEFA Avropa Liqası: Dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.

466767
Avropa Liqasında 1/4 final həyəcanı

Bu axşam futbol üzrə Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.

Bütün görüşlər eyni gündə oynanılacaq. Günün mərkəzi oyunu Almaniyada “Siqnal İduna Park" stadionunda baş tutacaq. Turnirin favoriti hesab edilən Dortmundun “Borussiya" komandası İngiltərənin “Liverpul" klubunu qəbul edəcək. “Borussiya" səkkizdəbir finalda digər İngiltərə təmsilçisi “Tottenhem"dən üstün olubsa, “Liverpul" öz gücünü Premyer Liqa iştirakçısı “Mançester Yunayted"ə göstərib.

Avropa Liqasının III təsnifat mərhələsində "Atletik" (Bilbao) isə evdə "Sevilya"nı sınağa çəkəcək.

7 aprel

Avropa Liqası, 1/4 finalın ilk oyunları

"Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)

"Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)

" vilyareal" (İspaniya) - "Sparta" ( Çexiya)

Qeyd edək ki, cavab matçları aprelin 14-də keçiriləcək.



Әlaqәli Xәbәrlәr