İker Kasilyasdan yeni rekordu

Futbol üzrə İspaniya milli komandasının qapıçısı İker Kasilyas Avropada yeni rekorda imza atıb.

459636
İker Kasilyasdan yeni rekordu

Futbol üzrə İspaniya milli komandasının qapıçısı İker Kasilyas Avropada yeni rekorda imza atıb.

martın 27-də Rumıniya ilə İspaniya yığma komandaları arasında keçirilən yoldaşlıq görüşündə 166-cı dəfə meydana çıxan ispan qolkiper bu göstəriciyə görə Latviya millisinin keçmiş oyunçusu Vitali Astafyevi (yığma komanda ilə 165 matç) geridə qoyub. Beləliklə, o, Avropada milli komandada ən çox oyun keçirən futbolçu olub.

Qeyd edək ki, dünya üzrə ən yüksək göstəriciyə misirli Ahmet Hassan (184 oyun) malikdir.



Әlaqәli Xәbәrlәr