Əzǝli rǝqiblǝr bu gün qarşılaşır

26-cı turun son oyununda əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” növbəti dəfə üz-üzə gələcək

454542
Əzǝli rǝqiblǝr bu gün  qarşılaşır

Saat 20.00-da başlanacaq oyun “Qalatasaray"ın meydanı “Türk Telekom Arena"da oynanacaq. Bu arenada ǝzǝli rǝqib Qalatasaray ilǝ Fǝnǝrbaxça arasında bütün qarşılaşmalarda qol vurulub. “Qalatasaray"ın son vaxtlar zəif çıxışına baxmayaraq, bugünkü qarşılaşmanı stadionda 40-45 min azarkeşin izləyəcəyi gözlənilir.

Qeyd edək ki, bu, “Qalatasaray"ın yeni baş məşqçisi Jan Olde Riekernikin rəhbərliyi altında ilk oyunu olacaq. 25 turdan sonra “Fənərbaxça" 59 xalla 2-ci, “Qalatasaray" 39 xalla 5-cidir. Əlavə edək ki, bukmeyker kontorları bu oyunda "Fənərbaçxa"nın uğuruna inanırlar. “Topaz" “Fənərbaxça"nın qələbə əmsalını 1.80, “Qalatasaray"ın qələbə əmsalını 3.30 kimi dəyərləndirib. Heç-heçənin əmsalı 3.10-dur.



Әlaqәli Xәbәrlәr