Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

Martın 18-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

453525
Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

Martın 18-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

Püşk dörddəbir final mərhələsində iştirak hüququ qazanan İspaniyanın “Atletiko", “Barselona", “Real Madrid", Almaniyanın “Bavariya", “Volfsburq", İngiltərənin “Mançester Siti", Fransanın “Paris San-Jermen“ və Portuqaliyanın “Benfika" komandaları arasında keçirilib. Bu mərhələdə qarşılaşacaq komandalar “kor püşk" nəticəsində müəyyənləşib.

Çempionlar Liqasında 1/4 finalın cütlükləri:

"Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)

İlk görüşlər aprelin 5-6-da, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. UEFA Çempionlar Liqasının final matçı mayın 28-də Milandakı “San-Siro" stadionunda oynanılacaq.



Әlaqәli Xәbәrlәr