“Bavariya” və “Barselona” ¼ finalda

Son oyun günündə "Barselona" və "Bavariya" klubları 1/4 finala vəsiqə qazanıb.

452614
“Bavariya” və “Barselona” ¼ finalda
İspaniyada “Barselona” “Arsenal”ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn kataloniyalılar 1/4 finalın bir addımlığında idi. Bu görüşdə də 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi 1/4 finala adlayıb.

Günün ən maraqlı matçı Münxendə, “Alyans Arena” stadionunda keçirilib. İlk oyunda Turində “Yuventus” ilə qarşılaşmadan sülhlə ayrılan (2:2) “Bavariya” görüşün əsas vaxtında eyni tale ilə üzləşib və sonda əzmkarlıq sayəsində matçı uzanma dəqiqələrinə daşıyıb. Münxenlilər altıncı dəqiqədə Noyerin səhvindən qapısında qol görüb. Pol Poqba “Yuventus”u 0:1 hesabda irəli çıxarıb. Qoldan sonra özünü cəmləyə bilməyən Qvardiolanın yetirmələri 28-ci dəqiqədə ikinci qola məyus olub. Turin təmsilçisinin heyətində Quadrado fərqlənib.

Alman maşını 70-ci dəqiqədən sonra işə düşüb. Rəqib qapısında hücumlarını artıran “Bavariya” 73-cü dəqiqədə Levandovskinin baş zərbəsi ilə hesabda fərqi azaldıb. Final fitinə az qalmış Müller komandasını məğlubiyyətdən xilas edib - 2:2. Əlavə olunmuş 30 dəqiqə ərzində münxenlilər əzmkar oyunla daha iki dəfə Buffonun qapısına yol tapıb. “Bavariya” Tyaqo və Komanın (108), (110) vurduqları qolla adını dörddəbirə yazdırıb.


Etiketlәr: #Bavariya , #Barselona

Әlaqәli Xәbәrlәr