"Atletiko" və "Mançester Siti" 1/4 finalda

Martın 15-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində daha iki matç keçirilib.

451746
"Atletiko" və "Mançester Siti" 1/4 finalda

"Mançester Siti" evdə "Dinamo" (Kiyev) klubunu qəbul edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn "şəhərlilər" cütün favoriti hesab olunurdu. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə "Mançester Siti" tarixində ilk dəfə ÇL-in 1/4 finalına yüksəlib.

Günün digər qarşılaşması isə Madriddə keçirilib. "Visente Kalderon" stadionunda “Atletiko” Hollandiyanın “PSV” klubunu qəbul edib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Hollandiyada keçirilən ilk görüşdə də eyni hesabı qeydə alındığından matçda əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada isə daha dəqiq olan “Atletiko” futbolçuları 8:7 hesabı ilə üstün olub və adını dörddəbir finala yazdırıb.



Әlaqәli Xәbәrlәr