Rza Kayaalp Avropa Çempionu

Avropa Çempionatının yunan-roma güləşi üzrǝ 130 kq çǝki dǝrǝcǝsindǝ Rza Kayaalp çempion olub.

449841
Rza Kayaalp Avropa Çempionu

Latviyanın paytaxtı Rigada keçirilǝn yarışmamım final mǝrhǝlǝsindǝ ukraynalı Oleksandr Çernetski ilə qarşılaşan Türkiyǝ tǝmsilçisi rəqibini məğlub edərək, qızıl medala sahib olub. Ukraynalı Çernetski isǝ gümüş medalla kifayǝtlǝnib.

Qeyd edǝk ki, Rza Kayaalp böyük yaş qrupu üzrǝ 6-cı, üst-üstə isǝ 5-ci dəfədir Avropa çempionluğunu əldə edir.

Bu çǝkidǝ bürünc medalı isveçli Johan Magnus Euren və belaruslu Ioseb Çuqoşvil alıb.



Әlaqәli Xәbәrlәr