Pelenin əşyaları hərraca çıxarılacaq

Bu hərracdan əldə edilən gəlirin bir hissəsi Braziliyadakı uşaq xəstəxanasına hədiyyə ediləcək.

448976
Pelenin əşyaları hərraca çıxarılacaq

Dünya futbolunun canlı əfsanəsi, Braziliya yığmasının heyətində 3 dəfə dünya çempionu olmuş Pele 2 min şəxsi əşyasını, habelə mükafatlarını və medallarını satışa çıxarıb.
Satışa çıxarılmış əşyalar arasında 3 mundialın qızıl medalları, habelə əvvəllər dünya çempionatlarında qalib komandaya verilən Jül Rime kubokunun surəti var. 1970-ci ildə Braziliya yığması üçüncü dəfə çempion titulunu qazananda Jül Rime kuboku komandaya əbədi saxlanmaq üçün verilmişdi. Kubokun orijinalını 1983-cü ildə oğurlayıblar.
Satılan əşyaların arasında Pelenin yeniyetməlik illərində qatlanmış corablardan hazırladığı top da var.
75 yaşlı "futbol kralı"nın dediyinə görə, Bu hərracdan əldə edilən gəlirin bir hissəsi Braziliyadakı uşaq xəstəxanasına hədiyyə ediləcək.



Әlaqәli Xәbәrlәr