Final mərhələsinin növbəti oyunları keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

438221
Final mərhələsinin növbəti oyunları keçirilib

İlk oyunlar çərçivəsində baş tutan qarşılaşmalarda “Böyük beşlik” təmsilçiləri üz-üzə gəlib.

İngiltərədə “Arsenal”ilǝ “Barselona” qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk yarısında hesab açılmayıb. İkinci hissədə isə katalonların argentinalı super ulduzu Lionel Messi qarşılaşmanın taleyini təkbaşına həll edib. Leo əvvəlcə Neymarın ötürməsini məntiqi sonluğa çatdıraraq hesabı açıb. Sona 7 dəqiqə qalmış isə təyin olunmuş penaltidən Çexə heç bir şans verməyən “Qızıl top”un son sahibi “Barselona” üçün növbəti turun qapılarını açıb.

İtaliyadakı matçda isə “Yuventus” “Bavariya” ilə qarşılaşıb. Bu qarşılaşma da gərginliyi və dramatikliyi ilə yadda qalıb. İlk yarının sonlarında almanların hücumçusu Müller hesabı açıb. İkinci hissədə Roben fərqi artırıb. Ancaq turinlilər ruhdan düşməyib. Əvvəlcə Dibala, ardınca isə Sturaronun qolları ilə hesabı bərabərləşdirən "qoca sinyora" növbəti mərhələ üçün az da olsa, şans saxlayıb.



Әlaqәli Xәbәrlәr