"Fənərbaxça" "Lokomotiv Moskva"nı məğlub etdi

Dünən İstanbulda oynanılan “ Fənərbaxça”-“Lokomotiv Moskva” futbol qarşılaşmasından sonra rus klubunun üzvü Dmitri Tarasov provokativ hərəkətləri ilə yadda qalıb.

433935
"Fənərbaxça" "Lokomotiv Moskva"nı məğlub etdi

Türkiyə təmsilçisi “Fənərbaxça”-nın 2-0 hesablı qələbəsi ilə bitən qarşılaşmadan sonra rus futbolcu stadiondan geyinmə otağına gedərkən formasını çıxarıb. Bu zaman üzərində Rusiya Prezidenti Vladimir Putinin şəkli olan köynəklə stadionu tərk edən futbolcunun bu hərəkəti oyunu izləməyə gələn Türk futbolsevərlərin etirazı ilə qarşılanıb.

Əslində Tarasovun niyyəti son dövrlər pozulan Türkiyə- Rusiya siyasi əlaqələrindəki gərginliyi yaşıl meydanlara daşımaq olsa da “Fənərbaxça”-nın qalibiyyəti futbolcunun bu istəyini reallaşdırmasına imkan vermədi.

Halbukin iki ölkə arasındaki siyasi gərginliyin stadionda da hiss edilməməsi üçü3n hər iki klubun nümayəndələri əllərindən gələni edirdilər.

Buna misal olaraq oyundan öncə keçirilən mətbuat konfransında hər iki komandanın idarəçiləri və baş məşqçiləri “ biz siyasətlə deyil futbolla məşğul oluruq” deyə mesaj vermişdi.

Hazırda Rus futbolcunun bu hərəkətinə UEFA tərəfindən necə qiymət veriləcəyi maraqla gözlənilir.



Әlaqәli Xәbәrlәr