Real transfer üçün 300 milyon avro ayıracaq

“Real” futbol klubu qış transfer bazarına 300 milyon avro vəsait ayıracaq

423940
Real transfer üçün 300 milyon avro ayıracaq

Madridin “Real” klubunun prezidenti Florentino Peres komandası üçün alınacaq yeni futbolçulara transfer bazarında 300 milyon avro vəsait xərclənə biləcəyini açıqlayıb.

İspaniya təmsilçisi artıq Münxenin “Bavariya” futbol komandasından olan hücumçular - Robert Levandovski və Mario Götçeni hədəfləyib. Bundan əlavə, “Kral klubu” “PSJ”-nin forvardı Edison Kavaninin də transferində maraqlıdır.


Etiketlәr: #Real

Әlaqәli Xәbәrlәr