Kliçko dünya çempionu titulunu qoruya bilmədi

Ağır çəkili dünya boks çempionu Ukraynalı Vladimir Kliçko britaniyalı Tyson Fury ilə döyüşdə dünya çempionu titulunu qoruya bilmədi.

394832
Kliçko dünya çempionu titulunu qoruya bilmədi

Dünya Boks İttifaqının (WBA), Dünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Federasiyası və (IBF) Beynəlxalq Boks Təşkilatının (IBO) çempion kəmərlərinə malik 39 yaşlı Kliçko ilə 27 yaşlı Fury arasındakı matç Almaniyanın Düsseldorf şəhərindəki Esprit Arenada keçirildi.

12 raundlu çəkişmənin nəticəsində 115-112, 115-112 və 116-111 hesabı ilə 27 yaşlı Furi qələbə qazandı.

Beləliklə, Fury 4 federasiyanın da kəmərini Klitschkodan alaraq  ağır çəki üzrə yeni dünya boks çempionu oldu.

Fury çıxdığı 25-ci qarşılaşmasında da qalib gəldi. 

Bu, Kliçkonun 68-ci matçı və 4-cü məğlubiyyəti oldu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr