WADA Rusiyanın yarışlardan kǝnarlaşdırılmasını tələb edir

Beynəlxalq Dopinq Əleyhinə Agentlik-WADA-nın dopinglə bağlı hesabatında Rusiyanın beynəlxalq atletika yarışlarından kǝnarlaşdırılması tələb olunur.

415173

Hesabatı hazırlayan komissiya sədri Riçard Pound Rusiya atletlerin yarışlara qatılmasının təxirə salınması və 2016-cı ildə Rio-De Jeneyroda keçiriləcək Yay Olimpiyalarına rus atletlerin qatılmamasını tövsiyyə edərək bu ölkənin dopinqi dəstəklədikləri nəticəsinə gəldiklərini söyləyib.
Hesabatda Rusiyadaki WADA-ya məxsus antidopinq laboratoriyasının 1457 dopinq nümunəsini məhv etdiyi, bu ölkənin kəşfiyyat orqanı FSB vasitəsi ilə dopinq əleyhinə fəaliyyətlərə təsir göstərdiyini və dövlətin sistemli dopinq hallarına göz yumduğu iddiaları yer alır. Məsələ ilə bağlı yekun qərarı Beynəlxalqq Atletika Federasiyaları Assosiasiyası verəcək.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr