İtaliya-İrlandiya oyununu azərbaycanlı hakimlər idarə edəcək

Oyun oktyabrın 13-də Romeo Menti stadionunda keçiriləcək

390415
İtaliya-İrlandiya oyununu azərbaycanlı hakimlər idarə edəcək

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya-İrlandiya oyunu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, İtaliya-İrlandiya oyunu oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr