FİFA-dan yeni qərar

FİFA-nın etika komitəsi korrupsiya və rüşvət qalmaqalları ilə əlaqədar barəsində təhqiqat aparılan bu qurumun prezidenti Yozef Blatterə cəza verilməsinə dair qərar qəbul edib.

389440
FİFA-dan yeni qərar

Qərara əsasən, Y.Blatterin 1998-ci ildən etibarən icra etdiyi prezidentlik səlahiyyəti 90 gün ərzində ondan alına bilər. FİFA etika komitəsinin iclasında Y.Blatterin bu vəzifəyə namizəd olan UEFA prezidenti Mişel Platiniyə 1,8 milyon avro ödəməsi xüsusilə diqqət mərkəzində saxlanılıb. Belə ki, M.Platininin 2002-ci ildə göstərdiyi xidmətin qarşılığı olaraq 9 il sonra pul aldığı etika komitəsi tərəfindən şübhəli bilinib. M.Platini vəsaitin gec ödənilməsinin həmin vaxt FİFA-nın ağır maliyyə vəziyyəti ilə əlaqədar olduğunu bildirsə də, bu, komitə üzvlərini inandırmaq üçün kifayət etməyib.
Etika komitəsi Y.Blatter ilə bağlı yekun qərarı bu gün qəbul edəcək. Əgər Y.Blatterə cəza verilməsi barədə qərar qəbul olunarsa onun 2016-cı il fevralın 26-da keçiriləcək seçkilərə qədər vəzifədə qalma müddəti demək olar ki, başa çatacaq. Çünki o, cəza müddətinin başa çatmasından sonra cəmi 2,5 ay vəzifədə qala biləcək. Əgər FİFA prezidenti vəzifəsindən uzaqlaşdırılarsa onun səlahiyyətlərini müavini İssa Hayatou yerinə yetirəcək.
Qeyd edək ki, etika komitəsinin M.Platiniyə də cəza verməsi gözlənilir. Cəza verilərsə o, FİFA prezidentliyi vəzifəsinə namizəd ola bilməyəcək. Çünki FİFA prezidentliyinə namizədliyin rəsmi olaraq qeydə alınması üçün müəyyən edilən müddət oktyabrın 26-da başa çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr