80 milyon avroluq transfer
Belçikalı futbolçu Bundesliqa rekorduna imza

“Volfsburq”dan “Mançester Siti”yə transfer olunan Kevin de Bruynenin transferi Bundesliqa üçün rekordla əlamətdar olub.
Belçikalı futbolçunun 80 milyon avro qarşılığında İngiltərə klubuna transfer olması onu Bundesliqanı ən bahalı tərk edən oyunçu edib. Daha əvvəl belə bir rekord 45 milyon avro qarşılığında “Hoffenhaym”ı “Liverpula” dəyişmiş Firmino transferində qeydə alınmışdı.
Qeyd edǝk ki, De Bruyne “Volfsburq”a 2014-cü ilin yanvarında Çelsidǝn 25 milyon avro qarşılığında transfer olunmuşdu.
Әlaqәli Xәbәrlәr

Futbol üzrə Türkiyə millisi Azərbaycan və Şimali İrlandiya seçmələri ilə yoldaşlıq görüşü keçirəcək
Yığma komandanın Avropa çempionatından əvvəl oynayacağı iki yoldaşlıq oyununun təqvimi müəyyənləşib.

Super Liqanın 27-ci turu qarşılaşmaları davam edir
Fənərbaxça, Super Liqanın 27-ci turunda səfərdə Trabzonsporu 1-0 məğlub etdi.