Lionel messi avropada ilin futbolçusu seçilib

Qadınlar arasında isə ilin futbolçusu adına almaniyalı Selia Sasiç layiq görülüb

370772
Lionel messi avropada ilin futbolçusu seçilib

2014-2015-ci il mövsümündə “UEFA Avropada ilin ən yaxşı futbolçusu” mükafatına “Barselona” komandasının argentinalı oyunçusu Lionel Messi layiq görülüb. Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünün atılmasından sonra “Barselona”dan Lionel Messi və Luis Suarezin, “Real Madrid”dən isə Kriştiano Ronaldunun əsas namizədlər olduğu mükafatın sahibinin müəyyən olunması üçün səsvermə keçirilib. UEFA-ya üzv olan 54 ölkədən jurnalistlərin iştirak etdiyi səsvermədə rəqiblərini geridə qoyan Messi Avropada 2014-2015-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib. Daha əvvəl bu mükafata “Barselona”nın ulduz oyunçusu Andres İniesta, “Bavariya”nın fransalı legioneri Frank Riberi və Kriştiano Ronaldu sahib olublar.
Qadınlar arasında isə ilin futbolçusu adına almaniyalı Selia Sasiç layiq görülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr