"Mançester Siti" bu idmançıya 70 milyon avro təklif edib

“Mançester Siti” yay transfer dönəminin ən bahalı keçidini reallaşdırmaq üzrədi.

368752
"Mançester Siti" bu idmançıya 70 milyon avro təklif edib

“Mançester Siti” “Volfsburq”un yarımmüdafiəçisi Kevin de Bruyneni transfer etmək üzrədi.
İngilislər Belçika millisinin üzvü üçün nə az, nə çox, düz 70 milyon avro təklif edib və qarşı tərəf də bu keçidə razılığını verib. Artıq sabah bu transferin rəsmən açıqlanması gözlənilir. Keçid baş tutarsa, 24 yaşlı oyunçunun yeni komandasında illik məvacibi 14,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Kevin de Bruyne “Volfsburq”a ötən il “Çelsi”dən keçmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr