"Bomba patlayışı"nda iki paraşütçü toqquşdu

Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təşkil edilən paraşüt nümayişi faciəylə nəticələnib.

330712
"Bomba patlayışı"nda iki paraşütçü toqquşdu

  Usta paraşütçülərin sərgilədiyi "Bomba patlayışı" nümayişi zamanı iki paraşütçü havada bir-birilə toqquşub.

  Metrlərlə yüksəklikdən düşən Korey Hud (Corey Hood) həyatını itirib.

  Əfqanıstan və İraqdakı Amerika birliklərində çavuş olmuş Hood ordunun "Qızıl cəngavərlər" paraşüt qrupunda olub, kariyeri boyu paraşütdən 500 dəfə sərbəst tullanıb.

  Toqquşmadan yaralı çıxan digər paraşütçü isə ətrafdakı çimərliyə enməyi bacarıb, amma ayağı bir az sınıb, aparıldığı xəstəxanadan qısa müddət sonra evə buraxılmasına icazə verilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr