Baş Nazir Әhmәd Davudoğlu eşitmə əlili milli idman komandasını

Baş Nazir Əhməd Davudoğlu bu gün Eşitmə Əlili Futbol, Voleybol və Atletizm milli komandasının idmançılarını və məşqçilərini qəbul edib.

307067
Baş Nazir Әhmәd Davudoğlu  eşitmə əlili milli idman komandasını

Ədalət və İnkişaf partiyasının Qrup ofisində reallaşan qәbulda Gənclik və İdman Naziri Akif Çağatay Kılıç da iştirak edib.
Eşitmə Əlili İdman Federasiyasının Sədri Ümit Kihtir və sədr müavini Kerim Vural ilə digər nümayəndələrin iştirak etdikləri qəbulda, idmançılarımızın qazandıqları kuboklar Baş Nazir Davudoğluna təqdim edib.
Baş nazir milli idmançılarımızı təbrik edib və uğurlar diləyib.
Xatırladak ki, eşitmə əlili Türkiyə futbol milli komandası, Almanıyada təşkil edilən çempionatın final qarşılaşmasında Rusiya yığmasını 4-0 hesab ilə məğlub edərək Avropa Çempionu olmuşdu.
Eşitmə əlili kişilər üzrə Voleybol komandası isə Fransada təşkil edilən 9-cu Eşitmə Əlili Voleybol Avropa Çempionatında Rusiya yığmasını 3-0 hesab ilə məğlub edərək Avropa çempionu olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr