ABŞ Dünya Kubokunun ilk finalçısıdır

ABŞ dünya Kubokunda Almaniyanı məğlub edərək adını finala yazdırıb.

327754
ABŞ Dünya Kubokunun ilk finalçısıdır

ABŞ Kanadada təşkil olunan 2015 FIFA Qadınlar Dünya Kubokunda Almaniyanı 2-0 məğlub edərək adını finala yazdırıb.
Montreal şəhərində ABŞ-la Almaniya arasında oynanan yarımfinal qarşılaşmasının ilk hissəsi 0-0 hesabı ilə başa çatıb.
Almaniya Sasic ilə 63-cü dəqiqədə qazandığı penaltidən faydalana bilmədi. Llyodun 69-cu dəqiqədə penaltidən atdığı qolla önə keçən ABŞ oyuna kənardan daxil olan O'Haranın 84-cü dəqiqədəki qolu ilə meydandan 2-0 qalib ayrıldı və finala vəsiqə qazandı.
ABŞ finalda Yaponiya-İngiltərə yarımfinal qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr