Türkiyəyə yunan-Roma güləşi üzrə ikinci qızıl medal

Tarixdə ilk dəfə və Azərbaycanın paytaxtı Bakıda təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışlarına yekun vurulub.

309492
Türkiyəyə yunan-Roma güləşi üzrə ikinci qızıl medal

  Heydər Əliyev adına İdman Sarayında güləş yarışlarının son günündə - iyunun 18-də sərbəst güləş üzrə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

  125 kiloqram çəki dərəcəsində mübarizə aparan milli güləşçi Taha Akgül finalda belarus Aleksey Şemarovu məğlub edərək qızıl medal əldə edib.

  Dünya və Avropa çempionu Taha Akgül qarşılaşmadan 3-0 hesabla qalib ayrılaraq Rza Kayaalpdan sonra Türkiyəyə yunan-Roma güləşi üzrə ikinci qızıl medalı qazandırıb.

  Ondan başqa, Birinci Avropa Oyunlarında 70 kiloqram çəki dərəcəsində Yaqub (Yagub) Göy və Tekvando üzrə isə Nur Tatar bürünc medal əldə ediblər.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr