Zəmanəmizin ən bahalı futbolcularının siyahısı

Birinci yerdə Lionel Messi qərarlaşıb

299828
Zəmanəmizin ən bahalı futbolcularının siyahısı

“Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi zəmanəmizin ən bahalı futbolçusu adlandırılıb.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ekspertlərinin apardıqları təhlilə görə Messinin transfer qiyməti 255,3 - 280,8 milyon avro diapazondadır.
Reytinqdə ikinci yeri “Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azar tutub. Onun dəyəri isə 135,4 milyon avrodan 148,9 milyon avroyadəkdir.
Üçüncü yerdə “Real”ın lideri Kriştianu Ronaldudur: 113,3 milyon avrodan 124,7 milyon avroyadək.
Onluğa həmçinin Neymar, Serxio Aquero, Raxim Sterlinq, Pol Poqba, Diyeqo Kosta, Aleksis Sançes və Xames Rodriges daxildirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr