Azərbaycan I Avropa Oyunları üçün mükafatları müəyyən edib

Azərbaycan prezidenti İlham Əliyev mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

297824
Azərbaycan I Avropa Oyunları üçün mükafatları müəyyən edib

Azərbaycan prezidenti İlham Əliyev mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan medal qazanmaq üçün də iddialıdır.
Azərbaycan I Avropa Oyunlarında idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edib.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Avropa Oyunlarında 1-ci yeri tutan hər bir idmançıya 100 min dollar, 2-ci yeri tutana 50 min, 3-cü yerin sahibinə isə 30 min dollar pul mükafatı veriləcək.
Bundan başqa idmançıların məşqçiləri də pul mükafatı alacaq.
12-28 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarında 49 ölkədən olan 6 mindən çox idmançı medal üçün mübarizə aparacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr