UEFA Avropa Liqasında final həyəcanı

UEFA Avropa Liqasında final maçının oynanmasına saatlar qaldı

290684
UEFA Avropa Liqasında final həyəcanı

Qitənin ikinci dərəcəli klub turnirinin həlledici oyununda qarşılaşacaq olan “Dnepr” və “Sevilya” arasındakı matç Polşada baş tutacaq.
“Sevilya” finalda qalib gələrsə, bu turnirin 4 qat qalibi adını qazanacaq. “Dnepr” həlledici oyundan qələbə ilə ayrılarsa, Kiyev “Dinamo”sundan və “Şaxtyor”dan sonra bu titula yiyələnən 3-cü Ukrayna klubu olacaq.
Varşava Milli stadionunda oynanılacaq qarşılaşma Türkiyә vaxtıyla saat 9:45-də başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr