Milli futbolçumuz Avropanın ilk 10-da

Milli futbolçumuz Hakan Çalhanoğlu, Guardian qəzetinin tərtib etdiyi Avropanın "ən istedadlı 10 gənc futbolçu"su siyahısına düşüb.

229656
Milli futbolçumuz Avropanın ilk 10-da

Almanniyanın Bundes liqasında Bayer Leverkusen komandasının formasını geyən milli futbolçumuz Hakan Çalhanoğlu, Guardian qəzetinin tərtib etdiyi Avropanın "ən istedadlı 10 gənc futbolçu"su siyahısına düşüb.

İngiltərə qəzeti, Almaniyada forma geyən 3, İtaliya, İspaniya və Hollandiyada karyerasını davam etdirən 2, Serbiyadan 1 futbolçunu siyahıya daxil etdi.
Guardian Milli komandadada forma geyən 21 yaşlı futbolçunun xüsusilə frikik və uzaq məsafədən atdığı qollarla tanındığını geyd edib.
Qəzet həmçinin Türkiyənin Lüksemburqu 2-1 hesabla məğlub etdiyi matçda Hakan Çalhanoğlunun vurduğu və komandamıza qalibiyyət gətirən qolunu xüsusi vurğulayıb.

Qəzetin tərtib etdiyi siyahıda Hakan Çalhanoğluya yanaşı Maks Meyer və Xulian Draksler (Schalke), Mateo Kovacic (Inter Milan), Memfis Depay (PSV Eyndhoven), Paulo Dibala (Palermo), Alen Halilovic (Barcelona), Davi Klassen (Ajax), Nikola Ninkoviç (Partizan), Cese Rodrigez (Real Madrid) yer alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr