"Pınar Karşıyaka" və "Banvit" 1/4 finalına yüksəlib.

“Eurocup”-ta təmsilçilərimiz “Pınar Karşıyaka” və “Banvit” 1/4 finalına yüksəlib.

260296
"Pınar Karşıyaka" və "Banvit"  1/4   finalına yüksəlib.

Səfərdə rəqibi ilə bərabərə qalan “Pınar Karşıyaka”, İzmirdə doğma azarkeşləri qarşısında 97-81 hesabı ilə qalib gələrək klub tarixində ilk dəfə “Eurocup”-da dörddəbir finala vəsiqə qazanıb. Komandada 26 xal qazanan Diebler qarşılaşmanın ən məhsuldar üzvü olub. “Karşıyaka” növbəti oyunda İspaniya klubu “Qran Canari”-ya ilə qarşılaşacaq. Nümayəndəmiz, 1/4 final mərhələsinin ilk matçını 17 Mart Çərşənbə günü İspaniyada oynayacaq.
Kubokdakı digər təmsilçimiz “Banvit” isə səfərdə rəqibi “Virtus Roma”-ya 66-56 hesabı ilə məğlub olmasına baxmayaraq, ilk matçı 16 xal fərqlə qazandığı üçün top fərqinə görə 1/4 finala vəsiqə qazanıb. “Banvit”-də Mejia 21 xal və 9 ribaundla qalibiyyətdə böyük rol oynayıb. Qeyd edək ki, “Banvit”-in bu mərhələdəki rəqibi “Paris Levallois” komandası olacaq.
Təmsilçimiz 1/4 finalın ilk matçında Fransa təmsilçisi ilə 17 Mart Çərşənbə günü öz meydançasında qarşı-qarşıya gələcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr