Fulbol üzrə Yunanıstan çempionatı dayandırılıb

Yunanıstan höküməti “Panathinaikos”- “Olympiakos” qarşılaşmasındakı iğtişaşlar səbəbindən çempionatın dayandırılmasına qərar verib.

238836
Fulbol üzrə Yunanıstan çempionatı dayandırılıb

Yunanıstan höküməti “Panathinaikos”- “Olympiakos” qarşılaşmasındakı iğtişaşlar səbəbindən çempionatın dayandırılmasına qərar verib.
Belə ki, Yunanıstan Futbol Federasiyasından verilən açıqlamada Super Liqanın qeyri-müəyəən müddətə təxirə salındığını açıqlayıb.
Federasiya bu qərara səbəb kimi isə çempionat qarşılaşmalarında qeydə alınan qarşıdurmaları göstərib.
Qeyd edək ki, Bazar günü Paytaxt Afinada oynanılan , “Panathinaikos” - “Olympiakos” qarşılaşmasından öncə , qonaq komandanın prezidenti Evangelos Marinakisin meydançaya girməsinin ardından “Panathinaikos” tərəfdarları da futbol meydançasına enərək polislə qarşıdurmaya səbəb olub. Bütün müdaxilələrə baxmayaraq futbolsevərlər oyun boyu meydançaya yandırıcı və kəsici maddələr ataraq polisin yenidən müdaxilə etməyə məcbur ediblər.
Son olaraq qeyd edək ki, Yunanıstanda yeni futbol mövsümü başlayandan bəri məhz iğtişaşlar üzündən iki dəfə çempionatda fasilələr yaranıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr