Azərbaycan yığması 131-ci pilləyә yüksәlib

Hesabında 222 xal olan Azərbaycan yığması siyahıda 131-ci pillədə qərarlaşıb

219191
Azərbaycan yığması 131-ci pilləyә yüksәlib

FİFA yeni reytinq siyahısını açıqlayıb. Az öncə açıqlanan cədvəldə planetin 209 yığması yer alıb. Son 5 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər olub.
Hesabında 222 xal olan Azərbaycan yığması siyahıda 131-ci pillədə qərarlaşıb. 2015-ci ilin yanvarda açıqlanan ilk siyahıda 136-cı olan komandamız 5 pillə irəliləyib.
Buna millimizin aktivindəki xalların sayının artımı səbəb olub. Belə ki, ötən ay komandamızın 215 xalı var idi. Yığmamız bu müddətdə meydana çıxmasa da, 7 xallıq artıma malikdi.

Millimiz Filippin, Aruba, Vyetnam, Maldiv adaları, Yeni Zelandiya və Qvineya-Bissaunu arxada qoysa da, Mavritaniya komandamızı keçib. Nəticədə irəliləyişimiz 6 deyil, 5 pillə olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr