"Azəryol" voleybol komandasının rəqibi"

Mərasimdə pley-offun birinci və ikinci mərhələsinin püşkü atılacaq.

201871
"Azəryol" voleybol komandasının rəqibi"

Bu gün - yanvarın 29-da qadın və kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan komandalar rəqiblərini Lüksemburqda tanıyacaqlar.

Mərasimdə pley-offun birinci və ikinci mərhələsinin püşkü atılacaq. Həmçinin “Dördlər finalı”nın ev sahibləri bəlli olacaq və yarımfinal cütlərinin potensial iştirakçılarına aydınlıq gətiriləcək.

Birinci pley-off mərhələsinin ilk oyunları fevralın 10-12-də, cavab görüşləri isə 1 həftə sonra oynanılacaq.
Qeyd edək ki, Çempionlar Liqası yarışlarında mübarizə aparan Azərbaycan klublarından yalnız “Azəryol” pley-offa yüksəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr