Dünya çempionatının keçirilmə vaxtı təsdiqlәnib

Futbol üzrə 2018-ci il dünya çempionatının keçirilmə vaxtı təsdiqlənib.

153925
Dünya çempionatının keçirilmə vaxtı təsdiqlәnib

FİFA İcraiyyə Komitəsi Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçirilmə vaxtını təsdiqləyib.
Turnir iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Dünya çempionatının görüşləri 11 şəhərin, 12 stadionda - Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburq şəhər stadionlarda oynanılacaq.
Turnirdə ev sahibi Rusiya və 2014-cü il dünya çempionu Almaniya ilə yanaşı, 2016-cı il Avropa çempionatının, 2015-ci il Ameika kubokunun, 2015-ci il Asiya Kubokunun, 2017-ci il Afrika Millətlər Kubokunun, 2016-cı il Okeaniya Futbol Konfederasiyası Millətlər Kubokunun qalibləri, həmçinin ABŞ yığması və KONKAKAF-2015 Qızıl Kubokunun sahibi arasında keçirilən oyunun qalibləri iştirak edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr