Real Madrid və Ronaldodan ikiqat rekord

“Real Madrid”, “Celta Vigon”nu 3-0 məğlub edib.

139494
Real Madrid və Ronaldodan ikiqat rekord

La Liqada 14-cü həftə mübarizəsində dünən axşam oynanan matçda “Real Madrid”, “Celta Vigon”nu 3-0 məğlub edib. Bununla da, oynadıqları rəsmi matçlarda üst-üstə 18-ci qalibiyyətlərinə imza ataraq Barselonaya aid olan İspan komandaları arasındakı qalibiyyət ardıcıllığı rekordunu yeniləyib.

Real Madrid sentyabr ayının 16-dan keçirilən oyunlarda 11 İspaniya Liqası, 5 Çempionlar Liqası və 2 Kral Kuboku matçı daxil olmaqla bütün matçlarından qalibiyyətlə ayrılıb və bu müddət ərzində 67 qol vuraraq, öz qapısına 9 qol buraxıb.
“Los Galacticos” dekabr ayının 9-u, öz sahələrində oynayacaqları Çempionlar liqası matçında Bolqar nümayəndəsi “Ludogorets”ə qalib gəldiyi təqdirdə rekordun tək sahibi olaraq tarixə keçəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr