"Qalatasaray" Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalayıb

“Qalatasaray” Türkiyə milli futbol komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalayıb

210697
"Qalatasaray" Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalayıb

“Qalatasaray” klubu ötən həftə italiyalı baş məşqçi Çezare Prandellini vəzifədən uzaqlaşdırdıqdan sonra, Türkiyə milli futbol komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalayıb. Hamzaoğlu bu mövsümün sonuna qədər komandanı çalışdıracaq. May ayında klubda keçiriləcək prezident seçkilərindən sonra isə yeni rəhbərlik əldə olunmuş nəticələr əsasında baş məşqçinin vəzifəsində qalıb-qalmayacağı barədə qərar qəbul edəcək. Yeni baş məşqçi hazırda köməkçiləri ilə birlikdə “Qalatasaray”ın durumunu analiz etdiklərini, çatışmazlıqları bildiyini və bunları aradan qaldırmağa çalışacaqlarını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr