Messidən yeni rekord

Lionel Messi, bu dəfə UEFA Çempionlar Liqası tarixinin ən çox qol vuran oyunçusu kimi yadda qalıb.

206386
Messidən yeni rekord

İspaniya Birinci Futbol Liqası (La Liga) karyerasında 253 qol vuraraq, Telmo Zarranın rekordunu qıran Barcelonanın ulduz futbolçusu Lionel Messi, bu dəfə UEFA Çempionlar Liqası tarixinin ən çox qol vuran oyunçusu kimi yadda qalıb. Ötən gecə oynanan UEFA Çempionlar Liqası F qrupu matçında Barcelona, Apoeli 4-0 məğlub edərkən Katalan qrupunun Argentinalı ulduzu Messi, nəhənglər liqasındakı qol sayını 74-e yüksəldib. 

Real Madridin Portuqaliyalı hücumçusu Kristiano Ronaldonun da cəmi 107 qolu var və bu gecə oynanılacaq Basel qarşılaşmasında 4 və ya daha çox sayda qol vurduğu halda Messinin rekorduna çatmaq və ya qırmaq ehtimalı var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr