"İlbank" komandası növbəti tura keçib

İlbank, Bosniya və Herseqovina komandası Zok Gackonu məğlub edib.

178261
"İlbank" komandası növbəti tura keçib

Ötən gün Ankara Voleybol Salonunda “CEV Challenge Kuboku” nun qadınlar arasında keçirilən oyununda Bosniya və Herseqovina komandası  Zok Gackonu 3-0 hesabı ilə məğlub edən “İlbank 2” komandası 2-ci yerə yüksəlib. 71 dəqiqə davam edən mübarizə 25-18, 25-15 və 29-27 hesabı ilə başa çatıb. İlbank, “2015 CEV Challenge Kuboku”nun 2-ci turunda milli komanda Bolqarıstanla qarşılaşacaq. Turnirin 2-ci mərhələsinin oyunları noyabrın 11 - 27 tarixləri arasında keçiriləcək və dekabrın 9-da isə ana cədvəl oyunları başlayacaq. “CEV Challenge Kuboku” uğrunda mübarizə aparan digər türk komandası Bursa Böyükşəhər Bələdiyyəspor isə 2-ci mərhələnin ilk oyununu noyabrın 11-də Avstriya komandası UVC Holding GRAZ-a qarşı Bursa da oynayacaq



Etiketlәr:

Әlaqәli Xәbәrlәr