"Turkish Airlines Euroleague"

“Turkish Airlines Euroleague” da 2014-2015 mövsümü sabah oynanılacaq tək qarşılaşma ilə açılacaq.

156793
"Turkish Airlines Euroleague"

“Turkish Airlines Euroleague” da 2014-2015 mövsümü sabah oynanılacaq tək qarşılaşma ilə açılacaq.
Müsabiqənin formatına uyğun olaraq dörd qrupda altı komanda 10 matça çıxacaq.
Qruplarında ilk dördlüyə daxil olan 16 komanda mərhələni adlayacaq və Top 16-da iki qrupda səkkiz komanda 14 matça çıxacaq. Bu mərhələni keçə bilməyən səkkiz komanda Avropa macərasına Avrokubokda davam edəcək.
Avroliqa top 16 qruplarında ilk dördlüyə daxil olan 8 komanda playofflara qalacaq və üç qalibiyyət alan dörd komanda 2015-ci il 14-17 may tarixləri arasında İspaniyanın Madrid şəhərində “Turkish Airlines Euroleague” da dördlü finalda oynayacaq. Türkiyəni Avroliqada təmsil edən Anadolu Efes və Qalatasaray Liv Hospital ilk matçlarına oktyabrın 16-da, Fənərbaxça Ülker oktyabrın 17-də çıxacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr