Məhəmməd Əlinin sağlamlığında ciddi problemlər var

Məşhur çempion Parkinson xəstəliyi səbəbindən danışmaqda çətinlik çəkir.

156258
Məhəmməd Əlinin sağlamlığında ciddi problemlər var

Amerikalı əfsanəvi boksçu Məhəmməd Əlinin sağlamlığında ciddi problemlər var. Məşhur çempion Parkinson xəstəliyi səbəbindən danışmaqda çətinlik çəkir.
1942-ci ildə dünyaya gələn məşhur boksçu Məhəmməd Əli erkən yaşlarda başladığı boksda qısa müddətdə zirvəyə ucalmağı bacarıb.
1960-cı il 18 yaşındaykən Roma Olimpiadasında 81 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülüb. 1964-cü ildə dünya şempionu Sony Listonu məğlub edərək bu titulu onun əlindən alır. 1967-ci ildə əsgərliyə getməkdən imtina etdiyinə görə ona 5 il həbs və 10 min dollar pul cəzası kəsilir. Üstəlik onun dünya çempionu titulu da əlindən alınır. 1970-ci ildə təkrar boksa qayıdan Məhəmməd Əli bir çox yaddaqalan uğurlara imza atır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr