Qıbrısda fanatik Rum milliyyətçiliyi yenidən baş qaldırıb

Radikal milliyǝtçilǝrin hədəfində bu dəfə bir futbolçudur, daha dəqiq Rum futbolçunun bir Türk komandasına transfer olmasıdır.

146365
Qıbrısda fanatik Rum milliyyətçiliyi yenidən baş qaldırıb

Qıbrısda fanatik Rum milliyyətçiliyi yenidən baş qaldırıb.
Radikal milliyǝtçilǝrin hədəfində bu dəfə bir futbolçudur, daha dəqiq Rum futbolçunun bir Türk komandasına transfer olmasıdır.
Qıbrıs Türk və Rum Futbol Federasiyalarının birləşmə qərarına əsasən Şimali Qıbrıs Türk Cümhuriyyǝti super liqasında bir, birinci və ikinci liqaların hər birində isə 2 Rum futbolçunun yerli statusda oynamasına qərar verilib.
Superliqa qruplarından Değirmenlik İdman Klubu liqa başlayarkən güclü heyət yaratmaq məqsədi ilə Dimitri Vasiliu adlı Rum oyunçunu transfer etməsi ilə vəziyyət gərginləşməyə başlayıb. Futbolcunun evini daşlayan milliyyətçilər evi mühasirəyə alıb. Ölümlə hədələnən futbolçu etirazçıların hücumları səbəbindən evində çıxa bilmədiyi üçün həftə sonu keçiriləcək matçda komandada yer ala bilməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr