FİFA prezidenti Blatter qan itirir

1998-ci ildən indiyədək FİFA yəni Beynəlxalq Futbol Federasiyaları Birliyinin rəhbəri olan Zepp Blatterə göstərilən reaksiyaları artır.

91017
FİFA prezidenti Blatter qan itirir

1998-ci ildən indiyədək FİFA yəni Beynəlxalq Futbol Federasiyaları Birliyinin rəhbəri olan Zepp Blatterə göstərilən reaksiyaları artır.
Blatter, bəzi FIFA səlahiyyətlilərinin “2022 Dünya Kuboku”na ev sahibliyi Qətərin qazanması üçün rüşvət aldığı istiqamətindəki iddialara cavab olaraq “FIFA çox güclü olduğu üçün onu yıxmaq istəyirlər ama bu baş tutmayacaq” Qətər haqqındakı iddiaların arxasında “irqçilik və ayrı-seçkilik var” deyə bildirib. Ötən gün keçirilən 64-cü FIFA Konqresindən əvvəl mətbuata açıqlama verən Hollandiya Futbol Fedarasiyasının rəhbəri UEFA İnzibati Komitəsinin üzvü Mixael Van Praaq, FİFA-nın imicinin son bir neçə ildə baş verənlərə görə aşağı düşdüyünü deyərək, Blatteraya gələn il yenidən namizəd olmasının əleyhinə çıxdığını söyləyib.

Qeyd edək ki, 16 ildir FIFA-ya rəhbər təyin olunan 78 yaşlı İsveçrəli futbol adamı Blatter, gələn il keçiriləcək seçkilərdə yenidən namizəd olacağını açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr