Türkiyә yığmasının qalibiyyәti
Türkiyə kişilərdən ibarət milli Voleybol Komandası Tunisi məğlub edib.
87896
Türkiyə kişilərdən ibarət milli Voleybol Komandası, ilk dəfə iştirak etdiyi Dünya Liqasında, Kuba və Meksika komandalarına qarşı qələbə qazandıqdan sonra Tunisi məğlub edib.
Kişilrərdən ibarət milli Komandamız, Meksikanın paytaxtı Mexikoda 2014 Beynəlxalq Voleybol Federasiyası Dünya Liqası F qrupunun 1-ci turundakı üçüncü və son oyunlarında Tunisi 3-1 məğlub edərək turnirdəki xalını 4-ə çatdırıb. 2014 Beynəlxalq Voleybol Federasiyası Dünya Liqasının F Qrupunun 2-ci tur oyunları Tunisin ev sahibliyi ilə iyunun 13-15-də keçiriləcək.