Real Madrid qalibiyyәt qazanıb

UEFA Çempionlar Liqasının finalında ilk dəfə eyni şəhərin iki komandası üz-üzə gəlib.

73061
Real Madrid qalibiyyәt qazanıb

UEFA Çempionlar Liqasının finalında ilk dəfə eyni şəhərin iki komandası üz-üzə gəlib. Real və Atletiko komandaları arasında keçirilən qarşılaşmada Real Madrid 4-1 hesabı ilə qalib gəlib. 1997-98-ci il mövsümündən bəri Çempionlar Liqasının 17 mövsümündə fasiləsiz iştirak etmək hüququ qazanan yeganə klub olan Real Madrid son qələbəsi ilə özünə məxsus rekordu da təzələyib. Belə ki, komanda 10-cu dəfə Çempionlar Liqası kubokunu qazanan yeganə klub olub. Türk Milli Komandası və Atletiko Madridin yarımmüdafiəçisi Arda Turanın zədəsi səbəbindən oyuna çıxmadığı matçda Real Madridin qollarını Ramos, Bale, Marcelo və Ronaldo, Atletikonun yeganə qonun isə Godin vurub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr