Türkiyә ilә Kosova millilәri arasında yoldaşlıq qarşılaşması

Futbol üzrə Türkiyə Milli Komandası Kosova ilə yoldaşlıq oyunu keçirib.

71236
Türkiyә ilә Kosova millilәri arasında yoldaşlıq qarşılaşması

Futbol üzrə Türkiyə Milli Komandası Kosova ilə yoldaşlıq oyunu keçirib. Oyun 6-1 Ay-Ulduzluların xeyrinə başa çatıb. Türkiyə futbolçuları qarşılaşmaya Somadakı faciə ilə əlaqədar qara forma ilə çıxıb və atılan qollardan sonra sevinməyərək ölənlərin xatirəsini sökutla yad ediblər. Türkiyə millisinin baş məşqçisi Fatih Terim matçdan sonra keçirilən mətbuat konfransında Kosovanın müstəqilliyini tanıdıqlarını, UEFA və FIFA-nın da bu ölkənin müstəqilliyini tanımasının vacibliyini vurğulayıb. Qeyd edək ki, komanda növbəti yoldaşlıq oyununu mayın 25-də Dublində İrlandiyaya qarşı keçirəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr