Rәcәb Tayyib Әrdoğanın Suriya ilә bağlı açıqlaması

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1840689
Rәcәb Tayyib Әrdoğanın Suriya ilә bağlı açıqlaması

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sərhəd xəttindəki terror təhlükəsinin aradan qaldırılması üçün Tel Rıfat və Münbiç bölgәlәrinin  PKK/YPG terrorçularından tәmizlәnәcәyi ilә bağlı açıqlaması Suriya sahәsini hәrәkәtlәndirib. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun  lazımi hazırlıqları görәrәk  bu bölgələrdә hәrbi әmәliyyat keçirmәsi gözlәnilir. Ukrayna böhranının yaratdığı yeni geosiyasi vәziyyәtin Suriyaya təsiri müşahidә olunmağa başlayıb.

Prezident Rәcәb Tayyib Ərdoğanın açıqlamalarından sonra gözlər Suriya sahəsinə çevrilib. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu lazımi hərbi hazırlıqları görərək Tel Rıfat və Münbic bölgələrində PKK/YPG terrorçularını hədəfə almaq üçün gözləməyə başlayıb. PKK/YPG terror təşkilatı 2016-cı ildə Rusiyanın hava dəstəyi ilə Tel Rıfatı, ABŞ-ın dәstәyi ilә isә DEAŞ-la mübarizә bәhanәsi ilә  Münbiçi nәzarәtinә keçirib.

PKK/YPG-nin Azez, Afrin, Bab, Cerablus kimi şəhərlərə hücum təşkil etmək üçün hər iki bölgəni baza olaraq istifadә etdiyi müşahidә olunur. Türkiyə Suriyada milli təhlükəsizliyi, hәmçinin bölgələrin sabitlik və təhlükəsizliyini təmin etmək üçün bu bölgәlәri terrorçulardan tәmizlәmәyi hədəfləyir.

Türkiyə Rusiya ilə diplomatik danışıqlar yolu ilə prosesi idarə edərək Rusiyanın bu bölgələrdən çəkilməsini təmin etməyə çalışır. Müvafiq danışıqlardan sonra TSQ və Suriya Milli Ordusunun hərəkətə  keçmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr