Ukrayna böhranı vә Orta Şәrqdәki vәziyyәt

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın “Ukrayna böhranı vә Orta Şәrqdәki vәziyyәt” ilə bağlı yazısı.

1837133
Ukrayna böhranı vә Orta Şәrqdәki vәziyyәt

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın Suriyada yeni әmәliyyatın keçirilә bilәcәyinә dair açıqlamasından sonra Suriyada hәrәkәtlilik müşahidә olunur. Hazırda ‘‘Suriyanın hansı bölgәsindә әmәliyyat keçirilәcәk?’’ sualı gündәmi zәbt edib. Lakin Milli Təhlükəsizlik Şurasının son qərarı fərqli mənzərəni ortaya çıxardı. Milli Tәhlükәsizlik Şurası  “Cənub sərhədimizdə əməliyyatlar” ifadəsini vurğuladı. Bәs bu ifadә nә  mәnaya gәlir?

Ötәn illәrdә Suriya vә ya İraqda hәyata keçirilәn hәrbi әmәliyyatların bәlli hәdәfinin olduğu müşahidә olunur. Mәsәlәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı Zap-Metina bölgәlәrindәki terrorçuları zәrәrsizlәşdirmәk mәqsәdi daşıyır. Әmәliyyatların hәdәfi terrorçuları zәrәrsizlәşdirmәkdir. Suriyada isә tәhlükәsiz bölgә yaratmaq fikri ön planda idi. Başqa sözlə terror tәhlükәsinin Türkiyə sərhədindən uzaqlaşdırılması və suriyalılar üçün təhlükəsiz bölgə yaradılması hədəflənib.

Hazırki mərhələdə İraq və Suriyada həyata keçirilən əməliyyatların məqsəd və hədəflərindә  heç bir dəyişiklik yoxdur. Ancaq Milli Tәhlükәsizlik Şurasının qәbul etdiyi qәrarda istifadә edilәn ifadәnin yeni üsula işarə etdiyini söyləmək olar.

“Cənub qonşularımız” olaraq adlandırdığımız İraq və Suriyada terrorçuların zәif nöqtәsi nәzәrdәn keçirilәrәk müsbәt nәticәlәr verәcәk  yeni hәrbi addımlar atıla bilәr.

Bəs, problemin tərəfi olan dövlətlər geniş cəbhədə həyata keçiriləcək silsilə əməliyyatlara necə reaksiya verәcәk? İsveç və Finlandiyanın NATO-ya üzvlüyü vә  Ukrayna müharibəsi ilә maraqlanan Qәrb dünyası  Türkiyənin təhlükəsizlik problemlərini dә  yaxından izlәyir. Bu sәbәbdәn ABŞ Suriya mәsәlәsinә çox diqqәt yetirmәyә bilәr. Ancaq amerikalılar 30 kilometr uzunluğundakı tәhlükәsiz bölgәnin yaradılması fikrinә  müsbәt yanaşmaq mәcburiyyәtindәdir. Çünki imzaladıqları sәnәddәki öhdәliklәrini yerinә yetirә bilmәyiblәr.

Ruslar üçün vəziyyət bir qədər fərqlidir. Rusların mәhdud әmәliyyatlara göz yumması, ancaq genişmiqyaslı әmәliyyatlara xüsusi diqqәt yetirmәsi gözlәnilir. Bu sәbәbdәn Hәlәb kimi kritik әhәmiyyәtә malik şәhәrlәrdә keçirilәcәk әmәliyyatlara qarşı olacaq Rusiyanın mәhdud әmәliyyatlara göz yumması gözlәnilir.

İran mәsәlәsi  bir az mürəkkəbdir. İranın arxa planda PKK/PYD ilə olan dialoqu Türkiyə üçün risk tәşkil edir. Bu səbəbdən də İranın həm İraq, həm də Suriyadakı hərəkətlərinə diqqət yetirmək lazımdır.

Suriya vә İraqda eyni vaxtda və ya üst-üstə düşən əməliyyatlar gündәmi zәbt edәcәk. Təbii ki, Rusiya və ABŞ-la diplomatik danışıqlar nəticə verməsə.



Әlaqәli Xәbәrlәr