Rusiya-Ukrayna müharibәsi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1816091
Rusiya-Ukrayna müharibәsi

58 gündür davam edәn Rusiya-Ukrayna müharibәsi ilә bağlı hәrtәrәfli tәhlilin aparılması zәruri hal alıb. Bu gündən etibarən aşağıda sadalanan məsələlərin gündəmə gəldiyini söyləmək mümkündür.

İlk mәsәlә Rusiyanın hәrbi uğursuzluğudur. Rusiyanın Ukrayna әrazisindә hәyata keçirdiyi xüsusi әmәliyyat nә tam mәnası ilә icra edilib, nә dә bsşqa plan hәyata keçirilib. Xüsusilә hәrbi әmәliyyatın ilk günündә Ukraynadakı hәrbi hәdәflәri uğurlu şәkildә vurmasına baxmayaraq Qostomel hava limanını nәzarәtinә keçirә bilmәmәsi Rusiyanın Ukraynadakı logistika xәtlәrinin düzgün işlәmәsinә mane olub. Bu vəziyyət müharibənin ilk günündən rus qoşunlarının ciddi itkilәr vermәsinә sәbәb olub. Hücuma başlayandan bəri diqqəti dörd əsas strateji bölgəyə yönəltməsinə baxmayaraq Rusiya Kiyev və Xarkovda istәdiyinә nail ola bilmәyib. Rusiya Mariupolda aparılan amansız mübarizәdәn sonra şәhәri qismәn nәzarәtinә keçirә bilib.Rusiya Xerson vә Melitopolda da istәdiyi nәticәni әldә edә bilmәyib. Rusiya qoşunları Kiyev, Çerniqov, Sumı, İrpin və Xarkov kimi bölgələrdən geri çәkilmәk mәcburiyyәtindә qalıb.

Rusiya ordusunun Ukrayna әrazisindә atdığı addımların zәif olduğu vә standart əməliyyat prosedurlarını hәyata keçirmәkdә  çətinlik çəkdiyi müşahidә olunur. Digər tərəfdən, ortaq əməliyyat prinsiplərinə əməl etməkdə müvəffəqiyyətli olmayan Rusiyanın təbliğat müharibəsində də uğur ələ edə bilmәdiyi müşahidә olunur. Rusiyanın Qara dəniz donanmasının ən mühüm gәmisi olan “Moskva” kreyserinin müharibənin 51-ci günündə itirilməsi müharibə ərzində Rusiyanın hərbi nüfuzuna ağır zərbə vurub. Sahәdәki  hərbi çətinliklər və uğursuzluqlar Rusiyanı Ukrayna planlarına yenidən baxmağa məcbur edib. Yeni plan Donbas bölgəsinə tam nəzarəti tәmin etmәk və buradakı respublikaları Ukraynadan ayırmaqdır.

Rusiya ilə bağlı digər mühüm məsələ isә iqtisadi dayanıqlığının zəifləməsidir. Ağır və hərtərəfli iqtisadi embarqoların mənfi əsiri oldu və Rusiya üzәrindә  ağır təzyiqlər yaratdı. Bu vəziyyət yaxın perspektivdə iqtisadi böhranın dərinləşməsinə, uzunmüddətli perspektivdə isə Rusiyanın qlobal baxımdan  iqtisadi mәnada zәiflәmәsinә sәbәb olacaq.

Müharibənin yeni mərhələyə qədəm qoyduğu vaxtda Rusiya ancaq hərbi nailiyyətlər əldə edə bilər, lakin strateji nəticələri baxımından daha böyük çətinliklərlə üzləşəcək.



Әlaqәli Xәbәrlәr