NATO-nun missiyası

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1801626
NATO-nun missiyası

Rusiyanın Ukraynaya etdiyi hücum NATO-nun Soyuq Müharibədən bəri üzləşdiyi ən genişmiqyaslı problemlərdən biridir. İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqı təhlükəsinә qarşı Avropanın təhlükəsizliyini təmin etmək üçün qurulan NATO Rusiyanın Ukraynaya qarşı işğal cəhdi səbəbindən uzunmüddətli strategiyasını yenidәn nәzәrdәn keçirmәk mәcburiyyәtindә qalıb.

Martın 24-də Brüsseldə fövqəladə toplantı keçirәn  NATO-ya üzv ölkələrin liderlərinin ilk hәdәfi  Ukraynadakı müharibənin NATO-ya üzv olan ölkələrdən birinə sıçramasının qarşısını almaqdır. Yeri gәlmişkәn qeyd etmәliyik ki, Polşa Rusiya tәhlükәsi ilә üz-üzәdir. Çünki NATO-ya üzv bir sıra ölkә Ukraynanın Rusiyaya qarşı müqavimətini dəstəkləmək üçün Polşa vasitəsilə bu ölkәyә  hərbi yardım göndәrir. Bu vəziyyət Polşanı Rusiya üçün açıq hədəfə çevirib. Ukraynanın qonşusu olan vә NATO-ya üzv olan digər ölkələrdə də oxşar narahatlıq var.

Liderlərin gündəmində olan digər məsələ  isә NATO-nun strateji hədəflərinin nə olacağıdır. Rusiyanın ekspansionist siyasətinin harada dayanacağı ilə bağlı qeyri-müəyyənlik var. Digər tərəfdən Rusiyanın NATO-nun geri çәkilmәsi mәsәlәsindәki israrı da NATO-nun Rusiyanı bir tәhdid olaraq görmәsi üçün kifayәt edir. Lakin NATO-ya üzv ölkələrin bu məsələdə eyni fikirdә  olduğunu söyləmək çətindir.

Bu səbəbdən Brüssel sammiti böyük әhәmiyyәt kәsb edir. NATO-ya üzv bütün ölkәlәr Rusiyanın haqsız hücumuna qarşı sәsini ucaltsa da, konkret addımlar atılmayıb.

NATO-nun atdığı addımlardan  biri də alyansa  üzv olan dövlətlərin müdafiə qabiliyyətini güclәndirmәkdir. Bu mәsәlә ilә bağlı uzun müddәtdir addımlar atılır. Hətta silahlanmaya ən az sərmayə qoyan ölkələrdən biri olan Almaniyanın belə 100 milyard avroluq hərbi proqrama başlaması qarşıdakı dövrdə Avropada silahlanmanı sürətləndirəcək dinamika yaratdı. NATO həmçinin bütün üzvlərinin müdafiə qabiliyyətini güclәndirәcәk birgə proqramları çoxaltmalıdır. Lakin NATO-ya üzv dövlətlər arasında davam edən rəqabət problem yarada bilər.

Məsələn, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi embarqo NATO-nun ruhuna zidd olsa da, digər NATO-ya üzv olan ölkələrin Türkiyəyə münasibəti alyansın birliyinə zәrәr verir. Türkiyə ilə Yunanıstan arasında bir müddətdir davam edən gərginlik də artıq aradan qaldırılmalıdır. Bu səbəbdən Rusiyanın işğalı  bu cür siyasətlərdən vaz keçmәk üçün bir fürsət kimi qiymətləndirilir.

Rusiyanın işğal siyasәti yalnız Avropanın tәhlükәsizliyinә tәsir göstәrmәdi eyni zamanda dünya siyasәtinә tәsir edәcәk nәticәyә gәtirib çıxardı. Bu müharibәnin әn qısa zamanda dayanması bu tәsirin dәrinlәşmәsinin qarşısını ala bilәr.



Әlaqәli Xәbәrlәr