Yeni bir Orta Şərq

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun mövzu ilә bağlı məqaləsini təqdim edirik.

1638862
Yeni bir Orta Şərq

Görünən odur ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinin Orta Şərqə ciddi təsirləri var. Xüsusilə də Trampın mütləq dəstəyini itirən vəliəhd şahzadələr siyasi mövqelərini yenidən nəzərdən keçirməyin yollarını axtarırlar. ABŞ-İran nüvə müzakirələri yenidən başladıldı. Bu arada, İsrailin sərt reaksiya və təxribatları ilə qarşılaşdı. Türkiyə isə bu yeni tənlikdəki maraqlarını maksimum dərəcədə artırmağa çalışır.

Orta Şərq dünyanın ən dinamik bölgələrinin başında yer alır. Bölgədəki sabitlikdən çox xaosdan danışmaq daha mümkündür. Təəssüf ki, münaqişələrin və çətin mübarizələrin təsirləri ilə formalaşmış bir coğrafiyadır. Xüsusilə də xarici müdaxilələrin yaratdığı nəzarət altında olan bir xaosdan bəhs edirik. Türkiyə bir Orta Şərq dövləti olmasa da, əlbəttə ki, bölgədəki inkişaflardan təsirlənir. Bu çərçivədə, xüsusilə ABŞ-da hakimiyyət dəyişikliyindən sonra regional siyasətdə ciddi bir dinamiklik və dəyişiklik axtarışları mövcuddur. Bununla yanaşı, daha müsbət bir təsir ola bilər. Bir tərəfdən, Bayden Amerikasının İranla nüvə danışıqlarına başlaması və İrana qarşı təzyiqlərin azaldılması, digər tərəfdən isə sələfi Trampın tam əksinə Səudiyyə və BƏƏ vəliəhdlərinə verilən mütləq dəstəyini azaldılması bölgədəki tarazlıqları dərindən sarsıdıb.

İsrail və Körfəz ölkələri ciddi şəkildə narahatdır. Ancaq, mövcud inkişaflara fərqli cavab verməyə cəhd etdikləri görünür. Atdığı addımlarla İsrail ABŞ-İran arasındakı yumşamanın qarşısını almaq istəyir. İranı həm birbaşa olaraq öz ərazilərində, həm də Suriya kimi ölkələrdəki mövcudluğu üzərindən hədəf alır. Yenə Körfəz və Qırmızı dənizdə də hər iki ölkə bir-birinə məxsus gəmiləri hədəf alır. Lakin İran indiyə qədər İsrailin əsas məqsədi olan eskalasiyadan imtina etməyə üstünlük verdi.

Körfəz ölkələri isə Tramp dövründə ABŞ-ın təklif etdiyi mütləq qoruma çətirinə artıq etibar edə bilməyəcəklərini gördü və dəyişiklik yolları axtarmağa başladı. Əvvəlcə Qətərin mühasirəsindən geri addım ataraq bu ölkə ilə normallaşma prosesini başlatdılar. Yenə Türkiyəyə olan yanaşmalarında da ciddi bir yumşalma müşahidə edildi. Hələ konkret siyasətə çevrilməsə də, əlamətləri aydındır.

Yenə də bölgənin ən əhəmiyyətli ölkələrindən biri olaraq Türkiyənin bu dəyişiklik və düzəliş səylərinə laqeyd yanaşmadığını görürük. Tramp dövründə Türkiyəyə qarşı bir cəbhə yaratmış ölkələrlə münasibətləri normallaşdırmaq üçün müxtəlif qarşılıqlı cəhdlər var. Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizlə bu çərçivədə müxtəlif telefon danışıqları reallaşdırarkən əsl inkişaflar Misir ilə davam edir. Türkiyədən bir nümayəndə heyəti Qahirədə əhəmiyyətli danışıqlar apardı və hər iki ölkənin qarşılıqlı itirmə spiralindən çıxmaq üçün ortaq maraqlara diqqət yetirdiyi görünür. Əlbətdə ki, Liviyadakı siyasi həll prosesi münasibətlərə də müsbət təsir etdi.

Bu inkişaflar kontekstində Orta Şərqdə ölkələrin siyasi mövqelərinə təsir göstərəcək yeni bir proses içində olduğumuz aydındır. Bütün ölkələr öz mövqelərini bu və ya digər şəkildə yenidən nəzərdən keçirəcəklər. Yaxın gələcəkdə üçüncü qüvvələrin güc savaşı və qarşıdurmalar bir müddət dayandırıla bilər. Ancaq İsrail və İranın atacağı addımlar bu çərçivədə əhəmiyyətli olacaq. İki ölkə arasında mümkün isti qarşıdurma bütün bölgəni dərindən bürüyəcək və genişlənməyə meyl göstərəcəkdir. Türkiyə üçün terrorla mübarizə kontekstində əməliyyatların İraq və Suriyada davam edəcəyini nəzərdə tuta bilərik.



Әlaqәli Xәbәrlәr