ABŞ-ın Çin siyasəti

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru Murat Yeşiltaşın “ABŞ-ın Çin siyasəti” məqaləsini təqdim edirik

1613134
ABŞ-ın Çin siyasəti

 

  Çini çox ciddi strateji rəqib kimi görən ABŞ Amerika üstünlüyünün Çin oxlu bir meydanoxuma ilə qarşı-qarşıya qaldığını anlayır. Təməlləri ABŞ-ın sabiq prezidenti Obama dövründə atılaraq Çini neytrallaşdırmaq üçün tətbiq edilən "Asiya pivotu" strategiyasının artıq necə həyata keçiriləcəyi sual doğurur. Əvvəlcə burada pivot sözünü izah edək. Pivot, basketbolda digər adı ilə “5 nömrə” və ya “böyük adam” adlanan 5 əsas mövqedən biridir. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. 

  ABŞ prezidenti Co Bayden hökuməti Çini məhdudlaşdırma və neytrallaşdırmağı strateji hədəf olaraq davam etdirir, sadəcə bir az üsulları fərqlidir.

  Amerika Birləşmiş Ştatlarının hal-hazırki və 71-ci dövlət katibi Entoni Con Blinken (Antony John Blinken) və müdafiə naziri Lloyd Ceyms Ostinin (Lloyd James Austin III) Yaponiya və Cənubi Koreya səfərləri, bundan başqa, Ostinin Hindistana gedişi Çinə qarşı atılacaq addımların diqqətə çarpan oxlarını göstərir.

  İlk hədəf ənənəvi ittifaq bağlarını gücləndirmək üçün güclü bir siyasi birlik düzəltmək və onu Çinin geosiyasi genişləməsinə qarşı iqtisadi və hərbi baxımdan qüvvətləndirməkdir.

  ABŞ-ın dövlət katibi Entoni Blinkenin Yaponiyada istifadə etdiyi dil Bayden rəhbərliyinin Çinin yalnız iqtisadi və hərbi deyil, eyni zamanda, qayda mərkəzli liberal nizama da təhdid olduğundan narahatlığı ifadə etdi. Demokratiya, insan haqqları və hüququn üstünlüyü kimi sahələrdə Çini daha çox hədəf alan yeni ABŞ hökuməti bu məsələnin beynəlxalq nizamın gələcəyi ilə bağlı bir çəkişmə olacağını düşünür.

  Çinə qarşı qlobal bir cəbhə meydana gətirməyə çalışan Bayden rəhbərliyinin beynəlxalq nizamın dəyişməsi ilə əlaqədar digər hədəfi ənənəvi ittifaq sistemini təmir edərək Qərb qanadında geosiyasi yeni bir nizam qurmaqdır. Bu baxımdan Trans-Atlantik əlaqələrdə Tramp dövründə yaşanan ziyanın aradan qaldırılması və açılan çatlaqların dərin geosiyasi yanlış xətlər cızmadan sürətlə qapadılması Baydenin prioritetlərindən biridir.  

  ABŞ dövlət katibinin NATO Nazirlər Yığıncağı üçün getdiyi Brüsseldə bu yanaşma daha dəqiq formada ortaya çıxdı. O, ittifaqın yalnız bir müdafiə və təhlükəsizlik birliyi olmadığını vurğuladı və bu məsələdə Bayden rəhbərliyinin iki hədəfini meydana qoydu:

1) Birincisi, Trans-Atlantik geosiyasi blokunun ən mühüm sütunu funksiyasını yerinə yetirən NATO-nun strateji missiyasının yenidən qurulmasıdır. Donald Trampın dövründə qırıq səsli və ittifaqiçi ayrılıqların aydın göründüyü NATO, Bayden rəhbərliyinin fikrincə, təmir edilməli dərdli ittifaqdır.   

  ABŞ-ın yeni hökuməti NATO-nun Çinə qarşı mövqeyinin necə olacağı və Trans-Atlantik geosiyasi oxunu necə tarazlayacağını müəyyən etmək istəyir.

  Əvvəllər "Çini anlama" mərhələsində olduqlarını söyləyən NATO-nun baş katibi Yens Stoltenberq son zamanlar Çinə qarşı tez-tez "təhdid" sözlərini istifadə etməyə başlayıb. Eyni hərəkəti Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel də Entoni Blinkenlə görüşündə göstərdi.  

  Çinlə əməkdaşlıq fürsətlərinin də olduğunu bilən Avropa, eyni zamanda, bu işin strateji çəkişmə halına düşdüyünü anlayır, çünki Bayden NATO-nu Rusiya və Çinə qarşı qurulacaq yeni Trans-Atlantik öhdəliyinin ən bərk sütunu olaraq görür.   

2) ABŞ hökumətinin hədəflərindən ikincisi Trans-Atlantik istiqamətli Qərb geosiyasi cəbhəsinin parçalanmış hissəsini təmir etməkdir. NATO-nun nazirlər toplantısına ABŞ dövlət katibi, Avropa İttifaqı liderlər yığıncağına prezidentin video-konfrans yolu ilə qatılaraq Çin və Rusiyaya diqqət çəkmələri Avropaya mesajları idi.

  Baxmayaraq ki, Entoni Blinken çıxışında Avropaya Amerikanın Çinlə mübarizəsində seçim təqdim etmədi, amma Avropanı get-gedə bu mövzuda seçim qarşısında qoyacağı aydındır. Çünki Avropa İttifaqı üçün bu günlərdə həyata keçirməyə çalışdığı yeni strateji muxtariyyət siyasəti narahatlıqlarından biri də Çindir. Bu səbəbdən Çinə qarşı strategiya bütövlüyü yaratmaq üçün Avropa ABŞ-ın liderliyinə “bəli” deyəcək bir Avropa olmaq qarşısındadır.

 



Әlaqәli Xәbәrlәr