Liviyada yolayrıcı

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın "Liviyada yol ayrıcı" adlı analitik yazısı.

1448288
Liviyada yolayrıcı

Liviyada Milli Həmrəylik Hökumətinin (MHH ) ardıcıl uğurlarından sonra bütün tərəflərin mövqelərini dəyişdikləri müşahidə olunur. Tripolinin təhlükəsizliyi artıq müzakirə mövzusu deyil və MHH-nin mövcudluğu üçün təhdidlər artıq yoxdur. Bu uğurları böyük miqyasda Türkiyənin dəstəyilə təmin edən MHH bir tərəfdən yeni müvəffəqiyyətlər əldə etmək üçün cəhd edərkən, digər tərəfdən yenə eyni dəstəklə ölkənin bərpası üçün hazırlıqlar görür.
Hafter silahlıları isə hücum mövqeyindən müdafiə mövqeyinə keçib və sahədə daha çox nəzarətini itirməmək mövzusu əsas məqsədə çevrilib.  Digər tərəfdən, Hafterə dəstək verənlərin mübarizədə qazanan tərəfdə olmaqla bağlı gözləntiləri də dəyişib və artıq tamamilə itirən tərəfdə olmamaq üçün itkilərini minimuma endirmək üçün ciddi fəallıq göstərməyə üz tutublar. Əvvəllər prosesə az öhdəliklə müdaxilə edən ABŞ isə MHH lehinə bir qədər daha aktiv mövqe tutmağa başlayıb.
Son əhvalatlar fonunda Liviyadakı status-kvo və əraziyə nəzarət son deyil; müvəqqəti xarakter daşıyır. Ancaq, əhvalatların istiqaməti tərəflərin örtülü və ya açıq şəkildə elan etdikləri qırmızı xətlər və bu xətlərin necə aradan qaldırılacağı ilə bağlıdır. MHH və onu dəstəkləyən ən əhəmiyyətli güc olan Türkiyə üçün qırmızı xətlər Sirte ilə Cufranı əhatə edəcək, amma onunla məhdud qalmayacaq şəkildə dəqiqdir: Qiyamçı silahlı qrupların və muzdlu əsgərlərin nəzarət altında tutduqları torpaqlardan çıxarılması və Liviya miqyasında dövlət avtoritetinin təsis edilərək siyasi və iqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olarkən diplomatik və siyasi müzakirələr hər mərhələdə nəzərdə tutulur. Ancaq, lazım olduqda hərbi üsullardan istifadə etməkdən imtina edilmir. Sahədəki uğursuzluqlarından sonra, artıq Hafterin şəxsi olaraq qırmızı xətti təyin etmək seçimi yoxdur. Bunun əvəzinə, qırmızı xətlər birbaşa və ya dolayı yolla tərəfdarları tərəfindən çəkilir. Misal üçün, Rusiya nə qədər də Liviyada rəsmi olaraq hərbi mövcudluğunu göstərmədiyini iddia etsə də Vaqner üzərindən ortaya qoyduğu öhdəliklərilə yanaşı MHH-nin Sirte və Cufraya nəzarətinə mane olmaq üçün son dövrdə Hafter qüvvələrinə döyüş təyyarələri göndərib. 
Fransa isə, Hafterə illərdir tətbiq etdiyi sanksiyaların qarşılığını görə bilmədikdə, ən azından bir hissəsini xilas edə bilmək üçün hərəkətə keçmiş və digər tərəfdən atəşkəs çağırışını bir daha dilə gətirərkən, digər tərəfdən Hafterin geri oturmasında ən təsirli faktor olan Türkiyəyə yönəldilmiş ittiham edən dildən istifadə edir. Məqsəd Türkiyəni Liviya proseslərindən təcrid etməyə çalışmaqdır. Fransanın bu münasibətində, şübhəsiz ki, Liviyadan başqa Şərqi Aralıq dənizində güc mübarizəsində itirdiyi geosiyasi nüfuzun təsiri vardır. 
BƏƏ və Səudiyyə Ərəbistanı isə, prosesdə önə çıxmamağa cəhd göstərərək daha çox Misir və Ərəb Birliyi üzərindən Liviyadakı itkilərini minimuma endirməyə və tarazlıq içində qalmağa cəhd edirlər. Bu nöqtədə Misirin BƏƏ və Səudiyyə Ərəbistanı ilə iqtisadi və siyasi asılılığının da təsiri ilə son hadisələrə qarşı daha çox birbaşa mövqe ortaya qoyduğu söylənə bilər.
MHH qüvvələrinin Liviyanın qərbinə tamamilə nəzarəti ələ keçirməsindən sonra Sirte və Cufranı ələ keçirmək üçün 'Zəfər Yolu" əməliyyatını başlatdığı 6 iyunda hərəkətə keçən Sisi idarəsi həmin gün Hafter və Akilə Saleh ilə birlikdə Qahirədə bir araya gələrək atəşkəsə çağırıb və siyasi prosesi başlatmağı təklif edib.
"Qahirə Bəyannaməsi' adı altında edilən bu təklif bütün Hafter tərəfdarları tərəfindən güclü dəstəkləndi. MHH-nin Sirte və Cufranın azad edilməsindən əvvəl atəşkəs olmayacağını açıqlaması və bu bölgələrdə əməliyyatlara hazırlaşmağa davam etməsi qarşısında addım atan Sisi 20 iyunda Sirte və Cufranı Misirin 'qırmızı xətti' olaraq elan etmiş və bu bölgələrə nəzarətin dəyişdirilməsi halında Liviyaya yönəldilmiş hərbi müdaxilə ola biləcəyi siqnalını vermişdir.  Bu nöqtədə Liviyadakı və bölgədəki güc paylanmasının yenidən  formalaşmasından imtina edilməzdir. Gələcək günlər Liviyanın taleyini müəyyən edəcək əhvalatlara hazırdır. Liviyadakı vəziyyət şübhə yoxdur ki, bölgədəki vəziyyətə də istiqamət qazandıracaq. 



Әlaqәli Xәbәrlәr