“Məsələ Osmanlıya baxışmı?”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Məsələ Osmanlıya baxışmı?” adlı analitik yazısı...

“Məsələ Osmanlıya baxışmı?”

Həftənin analizi_37

Elə məsələlər olur ki, haqlı olmaq bunları həll etməyə kifayət etmir. Osmanlı dövlətinin buraxdığı miras da belə mövzulardan biridir. Osmanlı imperiyasına necə nəzər salınacağı mübahisə mövzusudur. Son olaraq Livanın dövlət başçısı Mişel Aoun ölkəsinin quruluşunun 100-cü ildönümündə fransızların dəstəyilə müstəqilliklərini qazandıqlarını ifadə edərək, Osmanlı dövlətini dövlət terroru tətbiq etməkdə günahlandırdı. Oxşar ittihamlara Qərb ədəbiyyatında və bəzi ərəb ölkələrinin dərs kitablarında da arabir təsadüf edirik.

600 il hakamiyyətini davam etdirən bir dövlət və onun təcrübələri şübhəsiz ki, bir çox cəhətdən tənqid edilə bilər. Bununla yanaşı imperialist ölkələrə asanlıqla edilə biləcək işğal, müxtəlif şəxsiyyət və mədəniyyətlərə zülm etmə ittihamı Osmanlı dövləti üçün açıq bir böhtan olacaq. Türkiyədə müəyyən dairələr bunun ziddinə Osmanlı Dövlətini fərqliliklərə yönəldilmiş assimilyasiya siyasəti tətbiq etmədiyi üçün tənqid edirlər. Onların fikrincə belə bir siyasət tətbiq etsəydi Osmanlıların idarə etdiyi coğrafiya bu gün daha çox Türk və Müsəlman olardı. İngiltərə və Fransa tərəfindən idarə olunan icmaların bu gün daha çox bu ölkələrə oxşadığı nəzərə alınsa, bu iddia əsassız deyil. Ancaq qeyd etmək lazımdır ki, Osmanlı Dövləti tərəfindən belə bir siyasətin olmaması özünü imperialist ölkələrdən fərqləndirən faktlardan biridir.

Pax Ottomana

Osmanlı dövlətinin əsrlərlə hakimiyyətini davam etdirdiyi coğrafiyalar hazırda eynilə qan gölüdür. Balkanları, Orta Şərqi, Afrikanı əsrlərlə sülh içərisində, bu gün belə əldə edilə bilməyəcək plüralist, fərqli din, mədəniyyət və dinlərə hörmət içində idarə edib. Bu vəziyyətin konkret ifadəsi Osmanlı impəriyasının hakimiyyətində ikən, Osmanlı coğrafiyasındakı bütün fərqliliqlərin öz dilləri, mədəniyyətləri və dinlərilə yaşaya bilmələri və Osmanlının çəkilməsindən sonra fərqliliklərini eynilə davam etdirə bilmələridir. Osmanlının tolerantlığı ədəbiyyatda Pax Ottomana (Osmanlı sülhü) olaraq qeyd olunur. Osmanlının təmin etdiyi plüralistliyin qiyməti Amerikanın kəşfindən sonra Amerikanın yerlilərinə edilən rəftar, yerlilərin dinlərinin, dillərinin, mədəniyyətlərinin yox olması; İngiltərənin Hind alt qitəsində sadəcə təqribən 150 il qalmasına baxmayaraq, buralarda qurulan ölkələrin rəsmi dillərinin ingiliscə olması ilə müqayisə edildiyi zaman daha yaxşı təqdir edilir.

Əgər iddia edildiyi kimi qərbli bir çox imperialist ölkə kimi rəftar edib Osmanlı dövləti təzyiqçi bir siyasət tətbiq etsəydi Livan dövlət başçısının adının “Mişel Aoun” olması və xristian qala bilməsi xeyli çətin idi.  Özü kimi livanlı və xristian olan, bir çox qiymətli əsərin yazıçısı olan Amin Maaloufun imperialist ölkələri və Osmanlı tətbiqini müqayisə etmə mənasını da daşıyan bu sözləri ölkəsinin dövlət rəhbərinə cavab kimidir:

“Heç bir din tolerantsızlıqdan azad edilmiş deyildir. Lakin bu iki “rəqib” dinin bir tarazlığı ortaya qoyulacaqsa İslam heç də pis görünmür. Əgər atalarım müsəlman orduları tərəfindən fəth edilən bir ölkədə xristian olmaq əvəzinə xristianlar tərəfindən fəth edilən bir ölkədə müsəlman olsaydılar, onların inanclarını qoruyaraq 14 əsr kənd və şəhərlərində yaşamağa davam edə biləcəklərini zənn etmirəm. Həqiqətdən də İspaniyadakı müsəlmanlara nə oldu? Ya Sicilyadakı müsəlmanlara? Yox oldular, bir adam da qalmayacaq şəkildə qətl edildilər, sürgün yaxud təzyiqlə xristian edildilər”.

İsrailli tarix professoru, son zamanların populyar yazarı Yuval Noah Hararinin “Hürriyət” qəzetindəki müsahibəsində istifadə etdiyi ifadələr də “Pax Ottomana”nı Osmanlı sülhünü, tolerantlığını dəqiq şəkildə ortaya qoyur:

“Orta əsr Avropasında tolerantlığın işarəsi də yox idi...1600-cü ildə Parisdə hər kəs katolik idi. Bir protestant şəhərə girdiyi zaman onu öldürürdülər. Londonda hər kəs protestant idi. Bir katolik şəhərə girəndə onu öldürürdülər. O illərdə Avropada yəhudilər sürgün edilirdi...Heç kəs müsəlman istəmirdi... Halbuki həmin dövrdə İstanbulda fərqli məzhəblərdən müsəlmanlar, katoliklər, ermənilər, ortodokslar, rumlar, bolqarlar yan-yana xoşbəxt yaşayırdılar”.

Tarixi vasitəyə çevirmək yaxud da Osmanlı coğrafiyasını bölməyə davam etmək...

Osmanlıya dair ittihamlara biraz əvvəl dilə gətirdiyimiz növdən və ya başqa müxtəlif cavablar verilə bilər. Amma məsələ bu dəyildir. Məsələ imperializmin “böl, parçala, idarə et” strategiyasıdır. Əsrlərlə parçalanmağın qarşısının alınmasında və sülhün təmin edilməsində ən əhəmiyyətli fakt olan İslamın hazırda eyni şəkildə istinad bir dəyər olaraq qəbul edilib edilə bilməyəcəyidir. Osmanlı imperiyasının parçalanmasından sonra Osmanlı coğrafiyasındakı ölkələrin (Balkanlar, Orta Şərq, Afrika) parçalanması davam etdirilmək istənir. Mikro səviyyədə təşkil tapan/təşkil tapmasına səbəb olan etnik, dini, mədəni, milli yeni şəxsiyyətlərlə bu coğrafiya daha da bölünür.  Bu coğrafiyadakı toqquşmaların yeni sərhədlər yaratmağın mənası budur. Bu çərçivədə tarix imperialist vasitələr istiqamətində vasitəyə çevrilmək istənir. Bu şərtlərdə tarixi tarixçilərə buraxağın, vasitəyə çevirməyəyin deməyin bir qarşılığı yoxdur. Hər şeyi vasitəyə çevirən imperialist məqsədlərin tarixi vasitəyə çevirməkdən imtina etməsi düşünülə bilərmi?

Bu şərtlərdə nə etməli?

Buna görə Osmanlının buraxdığı mirasın qiymətləndirilməsi keçmişdə qalmış yaxud da keçmişə dair bir qiymətləndirmə deyildir. Bugünə və gələcəyə dair bir mövqe tutmaqdır. Osmanlı və Cümhuriyyət ziyalılarının, siyasət xadimlərinin əhəmiyyətli hissəsinin yoluxduqları qərbliləşmə virusu səbəbindən bu mövzuda yaxşı imtihan verdiyi söylənə bilməz. Müasirləşmə ilə öz cəmiyyətindən, ənənələrindən, dəyərlərindən qopan ziyalılar və siyasilər Qərbdə ortaya çıxan və Osmanlı impəriyasını parçalayan düşüncələrin fiqurantı olublar. Hazırda Osmanlı coğrafiyasında digər ölkələrin müasirləşmə süzgəcindən keçmiş ziyalılarının və siyasi xadimlərinin Osmanlıya və öz cəmiyyətlərinə baxışı da bu vəziyyətdən çox fərqlənmir.

Halbuki Balkanlar, Orta Şərq və Afrikadakı bugünki vəziyyət keçmişdən çox fərqli deyil. Bu ölkələr daha çox bölünmə təhdidilə qarşı-qarşıyadırlar. Öz cəmiyyətlərindən, tarixindən, ənənəsindən qopmuş ziyalıların və siyasi xadimlərin ölkələrini aparacağı yer cəmiyyətlərinin daha çox bölünməsindən başqa yer deyildir. Həmin səbəbdən imperialist məqsədlərin fərqində olaraq, keçmişə və bugünə tarixi, cəmiyyəti və bölgəsilə barışıq şəkildə baxmaq lazımdır. Akademiklər, intellektuallar, alimlər, ictimai rəy liderləri, siyasi xadimlər, hər bölgədən məntiqli insanlar ortaq bir mövqe və idrakla tarixin vasitəyə çevrilməsinin, bölgənin daha çox parçalanmasının əleyhinə olmalıdır. Siyasi məqsədlər gözdən yayındırılaraq sadəcə göstərilən pəncərədən baxılmamalıdır. Bölgə xaricindən gələn bölüb-parçalayan deyil, daha çox öz tarixindən, ənənəsindən, mədəniyyətindən olanları bir araya gətirən düşüncələrə qapısını açmalıdır. Əks təqdirdə bölgə ölkələri və insanları daha çox bölünərək bir-birinə düşəcək, daha passiv hala gələcək,  funksiyasız olacaq və daha asan şəkildə imperializmin oyuncağına çevriləcək.



Әlaqәli Xәbәrlәr